Moskva Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması perspektivlərinə münasibətini dəyişir.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Düşənbədə MDB ölkələri XİN başçıları Şurasının iclasının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynanın Aİ-yə üzvlük məsələsinin “zərərsizliyinə” ciddi şübhələri var.

Qeyd edək ki, dünən Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski ölkəsinin Ukraynanın Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı mövqeyi dəyişdiyini açıqlayıb: “Kiyevin Aİ-yə daxil olmaq istəyi ilə bağlı Rusiyanın mövqeyi dəyişib. İndi bu, Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqe ilə oxşardır”.

Lavrov: “Qərb Mərkəzi Asiyada öz təsirini gücləndirməyə çalışır”

Qərb ölkələri MDB, KTMT, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı daxilində müttəfiqlik münasibətlərinə xələl gətirməyə çalışır, bununla da Mərkəzi Asiyada öz təsirlərini gücləndirməyə çalışırlar.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tacikistanın paytaxtında MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Biz Mərkəzi Asiyadakı vəziyyəti, o cümlədən qərbli həmkarlarımızın - ABŞ, Aİ, NATO üzvlərinin Mərkəzi Asiya regionu ilə bağlı etdiyi cəhdləri nəzərə alaraq müzakirə etdik. Bu, KTMT, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı daxilində münasibətlərə xələl gətirməklə regionda öz təsirini gücləndirməyə istiqamətlənən cəhdlərdir”, - Rusiya XİN başçısı vurğulayıb.

.