Əgər Ankara Ukrayna taxılının ixracı üçün limanlardakı suların təmizlənməsinə kömək etməyə hazırdırsa, o zaman Rusiya və Türkiyə hərbçiləri bunun ən yaxşı necə edə biləcəkləri ilə bağlı razılığa gələ biləcəklər.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi onlayn mətbuat konfransında bildirib.

"Türkiyəli həmkarlarımız minatəmizləmə işində kömək etməyə hazır olduqlarını bildirdilər. Düşünürəm ki, hərbçilərimiz bunu ən yaxşı şəkildə necə təşkil etmək barədə razılığa gələcəklər ki, daha sonra təmizlənməli olan minalanmış sahələr vasitəsilə gəmilər açıq dənizə çıxsın. Bundan sonra biz özümüz və ya türk həmkarlarımızla birgə onları boğazlara və sonra Aralıq dənizinə çatdırmağa zəmanət veririk”, - deyə Rusiya XİN başçısı qeyd edib.

.