Rusiya Ukrayna limanlarından çıxacaq taxıl yüklü gəmilərin təhlükəsizliyini təmin etməyə hazırdır.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O qeyd edib ki, Rusiya tərəfi bu məsələdə türkiyəli həmkarları ilə əməkdaşlıq etmək niyyətindədir.

Bundan əlavə, o, Ukrayna tərəfinin limanları minalardan təmizləməli olduğunu da vurğulayıb.

Türkiyə XİN rəhbəri: “Həm Rusiya, həm də Ukrayna taxılın çıxarılmasına razılıq verməlidir"

“Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün BMT, Rusiya, Ukrayna və Türkiyənin iştirakı ilə plan mövcuddur”.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, bu mexanizm Türkiyəni qane edir, lakin həm Rusiya, həm də Ukrayna tərəfinin də bu plana razılıq verməsi lazımdır.

.