“Ötən ilin 9 noyabrında döyüşlərin dayandırılması ilə eyni vaxtda liderlər bütün kommunikasiyaların açılması ilə bağlı razılığa gəliblər”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu prinsipial razılaşmanın inkişafında, 2021-ci ilin yanvarında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşündə Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrup yaradılıb: “Bu işçi qrup istisnasız olaraq regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə məşğul olur. Həmin işçi qrupda peşəkar hazırlıqlı insanlar çalışır. Əlbəttə ki, tərəflər öz qonşularının da marağını nəzərə alır. Üçlükdə razılaşıb, Türkiyə və İranın nə düşündüyünü nəzərə almamaq yəqin ki, düzgün olmazdı”.

Regiondakı strateji “Şimal-Cənub”, “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin mövcudluğuna toxunan Rusiya XİN başçısı qeyd edib ki, burada kimisə cəlb edib, ya cəlb etməmək və ya cəzalandırmaq haqqında deyil, uzun perspektivdə münasibətlərin qurulması haqqında düşünmək lazımdır.

“Başa düşürəm. İndi çoxları deyir ki, Dağlıq Qarabağın statusu həll olunmamış qalır. Bununla bağlı yekun razılığa gəlinməlidir. Bəli, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə yəqin ki, indiki mərhələdə status problemini qaldırmamalıdırlar, inamın möhkəmləndirilməsi, humanitar məsələlərin, azərbaycanlılar və ermənilərin yenidən yanaşı, birlikdə, təhlükəsizlikdə və iqtisadi rifah vəziyyətində yaşamasına kömək etməlidirlər. Onda mən sizi əmin edirəm ki, bir neçə ildən sonra statusun bütün problemləri daha asan həll olunacaq”, - deyə S. Lavrov vurğulayıb.

Rusiyanın xarici işlər naziri onu da qeyd edib ki, indi region və münaqişə tərəflərinin paytaxtlarından səslənən bəyanatlarda daha çox emosiyalar üstünlük təşkil edir: “Bizim sülhməramlı kontingentimiz Fövqəladə Hallar Nazirliyimizin vasitəsilə normal həyatın qurulması ilə aktiv şəkildə məşğul olur. Üçtərəfli işçi qrupun fəaliyyətinin nəticəsi hər şeydən öncə kommunikasiyaların açılmasının birbaşa insanların həyatının yaxşılaşdırmasına necə kömək edəcəyi ilə müəyyən olunacaq. O ki qaldı Türkiyənin roluna, üçtərəfli işçi qrupun müzakirələrində Türkiyə və İranın maraqları birmənalı olaraq nəzərə alınır. Əks halda kommunikasiyaların açılmasının maksimal effekti olmaz”.

.