Putin heç vaxt Zelenski ilə görüşməkdən imtina etməyib.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Serbiya KİV-lərinə müsahibəsində bildirib.

“Putinlə Zelenski arasında görüş lazımdır. Lakin Rusiyaya danışıqlarda konkretlik lazımdır. İndi Putin və Zelenski arasında fikir mübadiləsi ilə üçün görüş qeyri-məhsuldar olardı”, deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov Rusiya-Ukrayna danışıqlarında konkret nəticələr əldə olunandan sonra Putin və Zelenskinin bu nəticələri təsdiqləmək üçün görüşə biləcəklərini söyləyib.

Lavrov: "Rusiya Ukrayna ilə danışıqların uğurlu alınmasında maraqlıdır”

Rusiya-Ukrayna danışıqları bu gün-sabah İstanbulda keçiriləcək.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Serbiya KİV-lərinə müsahibəsində bildirib.

O, danışıqların İstanbulda əyani formatda keçiriləcəyini söyləyib.

Lavrov Rusiyanın Ukrayna ilə danışıqların növbəti raundunun uğurlu olmasında maraqlı olduğunu əlavə edib.

.