Biz görürük ki, bizim qərbli tərəfdaşlarımız nə qədər təhlükəli addımlar atır, Ukraynaya ölümcül silah verirlər.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov üçtərəfli görüşdən sonra deyib.

O qeyd edib ki, Rusiya başqa ölkələrə hücum etmək niyyətində deyil.

Nazirin sözlərinə görə, Rusiya Ukraynaya hücum etməyib, Rusiya, sadəcə, o ərazidən gələn təhlükəyə cavab verib: “Ukraynanı silahlandıranlar öz addımlarının məsuliyyətini dərk etməlidirlər”.

Lavrov ABŞ-ın Ukrayna ərazisindən bioloji silahın yaradılması üçün istifadə etdiyini də bildirib.

Lavrov Rusiyanın təkliflərini Ukraynaya təqdim etdiklərini bildirib

Biz bütün məsələlərin həllinə dair danışıqlara hazırıq.

Bunu üçtərəfli görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Ukrayna tərəfi onların təkliflərini alıb, bunun üzərində çalışıb bir nəticə deyəcəklər.

Lavrov qeyd edib ki, Belarus ərazisi danışıqlar üçün alternativsizdir. O, görüşdə humanitar məsələlərin müzakirə edildiyini bildirib.

Lavrov Putin və Zelenskinin görüşünün mümkünlüyünə münasibət bildirib

Rusiya və Ukrayna prezidentlərinin görüşü nəticə verəcəksə, baş tuta bilər.

Bunu üçtərəfli görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O qeyd edib ki, Ukrayna tərəfi görüş üçün görüş istəyir, amma Rusiya hər zaman nəticə verə biləcək görüşlərin keçirilməsinə tərəfdarıdır.

"Putin təmaslardan qaçmır", - XİN başçısı vurğulayıb.

Rusiya XİN başçısı: “Ukraynanı silahlandıranlar məsuliyyət daşıyır”

"Ukraynaya silah-sursat göndərənlər hərəkətlərinə görə məsuliyyət daşıyırlar".

Bunu üçtərəfli görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov: “Biz silahsızlaşdırılmış, rus dilini qadağan etməyən Ukrayna istəyirik”

Biz məsələni diplomatiya yolu ilə həll etmək istəyirdik.

Bunu üçtərəfli görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, ABŞ-a təhlükəsizliklə bağlı təkliflər verdiklərini xatırladıb: “Onlar bizə dedilər ki, Ukrayna bizimdir, nə istəsək onu da edəcəyik”.

Lavrov qeyd edib ki, Rusiya silahsızlaşdırılmış bir Ukrayna istəyir: “Biz silahsızlaşdırılmış Ukrayna, dost Ukrayna, rus dilini və mədəniyyətini qadağan etməyən Ukrayna istəyirik”.

XİN başçısı vurğulayıb ki, Qərbin tək istəyi isə Ukraynanı Rusiyaya qarşı qoymaqdır.

Rusiya XİN rəhbəri: “Nüvə müharibəsinin baş verəcəyinə inanmaq istəmirəm”

Nüvə müharibəsinin baş verəcəyinə inanmaq istəmirəm və inanmıram.

Bunu üçtərəfli görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O qeyd edib ki, bu mövzunu Qərb, xüsusən də NATO ölkələrinin nümayəndələri qaldırır.

“Qərbin bu mövzuya tez-tez dönməsi çox narahatedicidir”, - Lavrov vurğulayıb.

Lavrov Rusiyaya tətbiq edilən sanksiyalardan danışıb

Sanksiyalar məsələsini həll edəcəyik və Qərb ölkələrindən asılı olmayacağıq.

Bunu üçtərəfli görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Elə tədbirlər görəcəyik ki, oxşar vəziyyətlə bir daha üzləşməyək”, - Lavrov bildirib.

.