Biz qonşularımız, Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasında maraqlıyıq.

TASS xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə deyib.

“Biz təbii ki, Azərbaycanın bu mövzuda irəli sürdüyü təklifləri bilirik, sizin kağız üzərinə qoyduğunuz təklifləriniz barədə də bilirik. Rusiya qarşılıqlı razılığın əldə olunmasına töhfə vermək üçün üzərinə düşəni etməyə hazırdır. Dediyim kimi, bütün razılaşmaların tam icrasına yönəlmişik”, - Lavrov bildirib.

Paşinyan isə öz növbəsində Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi üçün yaradılan komissiyaların işinə dəstək verəcəyinə ümidini ifadə edib.

.