“Aleksey Navalnı ilə bağlı vəziyyət Solsberi və Malaziyanın “Boeing MH17” insidentlərini xatırladır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Müxalif blogger Aleksey Navalnı ilə bağlı vəziyyətdən danışan Rusiya XİN başçısı Almaniyanın ölkəsinin sorğularına cavab vermədiyini açıqlayıb: “Almaniya bizim sorğularımıza cavab vermir, lakin Rusiyadan təhqiqat tələb edir. Bu, Solsberi və “Boeing MH17” təyyarəsi ilə bağlı insidentləri xatırladır”.

.