Fransa bağlı kanallar vasitəsilə bir neçə dəfə Kiyevin iştirakı olmadan Ukrayna məsələsində dialoqun qurulmasına kömək təklifi ilə Rusiyaya müraciət edib.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli və xarici KİV-ə müsahibəsində deyib.

“Fransalı həmkarlarımızın müxtəlif məsələlərdə təşəbbüskar rol oynamaq arzusu var və biz bunu alqışlayırıq, lakin bu cür təşəbbüslərin nəticəsi nədir və müsbət rol oynamaq istəyi nə dərəcədə səmimidir? “Məsələn, heç kimi ruhdan salmamaq üçün təfərrüatlara varmayacağam, amma bir neçə dəfə fransalı həmkarlarımızdan bağlı kanallar vasitəsilə xahişlər olub: kömək edək, Ukrayna ilə bağlı dialoq quraq", deyə Rusiya XİN başçısı vurğulayıb..

Eyni zamanda, Lavrov Fransanın “ikiüzlü davranışına” diqqət çəkib.

.