
“Ermənistanda yaranmış vəziyyət ölkənin daxili işidir, lakin kilsəyə yönələn hücumlar narahatlıq doğurur”.
Yenizaman RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, ölkəsi Ermənistanda vəziyyətin tez bir zamanda normallaşdırılmasında maraqlıdır:
“Erməni kilsəsinin hücumlara məruz qalmamasını və yaranmış narazılıqların tez bir zamanda aradan qaldırılmasını istərdik” – S. Lavrov belə deyib.
.