Regiondan kənar oyunçuların öz maraqlarını diktə etməsi Cənubi Qafqaz üçün ən böyük təhlükədir.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbulda “3+3” formatında keçirilən Regional Əməkdaşlıq Platformasının iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, regiondan kənar oyunçular bura öz sxemlərini yeridirlər.
"Həmin sxemlər regionun problemlərinin həllinə deyil, regionda NATO mərkəzli formatları, burada blok proseslərini inkişaf etdirməyə, qonşu ölkələr arasında nifaq yaratmağa yönəlib”, - Rusiya XİN başçısı vurğulayıb.
.