Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə statusunu əldə etmək cəhdləri təhlükəlidir və Moskva bunu heç vaxt qəbul etməyəcək.
Bunu "RİA-Novosti” agentliyinə müsahibəsində Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.
"Əlbəttə, KXDR-in nüvə statusunu əldə etmək cəhdi ilə ciddi narahatıq. Bunu heç vaxt qəbul etməyəcəyik və bəyənməyəcəyik. Pxenyan tərəfindən bu istiqamətdə təşəbbüs edilən addımlar nüvə silahının yayılmaması üzrə qlobal nizamın dağılması ilə nəticələnə bilər. Və bu, Koreya yarımadasında indiki gərgin vəziyyətdə sadəcə təhlükəlidir”, - Rusiya naziri izah edib.
O xatırladıb ki, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi KXDR-in nüvə sınaqları və ballistik raketlərin işə salınmasını qadağan edən qətnamələrin hazırlamasında həmişə iştirak edib. Rusiya xarici siyasət idarəsinin başçısı vurğulayıb ki, Moskvada Şimali Koreyanın cəzalandırılmasını vacib hesab edən "qırmızı xətt” məntiqini dəstəkləmir.
Eyni zamanda o qeyd edib ki, Rusiya Pxenyana "maksimal təzyiq” göstərmək və ölkəni tamamilə blokadaya almaq cəhdlərini bölüşmür. Onun sözlərinə görə, belə planın reallaşdırması real humanitar faciəyə səbəb olacaq.
