
Bu həftə Rusiya və ABŞ arasında təmaslar baş tutacaq.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə XİN başçısı Hakan Fidanla danışıqlaırnın yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu təmaslar diplomatik missiyaların işindəki maneələri aradan qaldırmağa həsr olunacaq: “Rusiya və ABŞ bu həftə diplomatik missiyaların işinin normallaşdırılması ilə bağlı tam məsləhətləşmələr aparacaq”.
Lavrov ABŞ-nin Ukrayna ilə bağlı Rusiya Federasiyası ilə dialoq üçün xüsusi nümayəndə təyin etməli olduğunu da söyləyib.