Rusiya xarici işlər naziri Sergey Lavrov Cenevrədə amerikalı həmkarı Entoni Blinkenlə görüşdən irəliləyiş gözləmədiyini açıqlayıb.

Bu barədə Lavrov Cenevrədə Blinkenlə görüş öncəsi jurnalistlərə açıqlamasında bildirib.

“Biz Blinkenlə görüşdən irəliləyiş gözləmirik, lakin təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərimizə cavab gözləyirik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, hazırda İsveçrənin Cenevrə şəhərində Rusiya XİN başçısı ilə ABŞ dövlət katibi arasında danışıqlar keçirilir.

.