Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birləmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nahyanla görüşüb.
TASS xəbər verir ki, görüşdə Ukrayna məsələsi və dinc sakinlərin bölgədən təxliyəsi müzakirə olunub.
“Ukrayna mövzusuna ciddi diqqət ayırırıq. Biz Ukraynada Rusiyanın xüsusi əməliyyatının hədəfləri və məramları barədə ətraflı məlumat verdik. Dinc sakinlərin döyüş bölgəsindən çıxarılması üçün görülən tədbirlər barədə məlumat verdim”, - Lavrov görüşü nəticələri barədə jurnalistlərə açıqlamasında deyib.
.
