Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə telefon danışığı baş tutub.

Bu barədə Rusiya XİN məlumat yayıb.

Qeyd olunub ki, danışıqlar zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsi zonasında üç ölkənin XİN rəhbərlərinin 9 oktyabr tarixində Moskvada keçirdiyi məsləhətləşmələrin ardından əldə olunan atəşkəs razılaşmalarına sadiq olduqlarını təsdiqləyiblər.

Xatırladaq ki, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib.

Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib.

.