
Vaşinqton Ukrayna böhranının həlli üçün fəal diplomatik səylər göstərir, Rusiya və ABŞ prezidentləri arasında aparılan təmaslar isə məzmunlu xarakter daşıyır.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İndoneziyanın "Kompas" qəzetinə verdiyi müsahibədə bildirib.
"Son vaxtlar Ukrayna kontekstində fəal diplomatik səylər ABŞ administrasiyası, xüsusilə prezident Donald Tramp tərəfindən həyata keçirilir", – deyə Lavrov vurğulayıb.
Nazir xatırladıb ki, 15 avqust tarixində Alyaskada Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında görüş baş tutub. Görüşdə Ukrayna məsələsi də daxil olmaqla, bir sıra mövzularda faydalı müzakirələr aparılıb.
Lavrov əlavə edib ki, dövlət başçıları arasında bir neçə məzmunlu telefon danışığı da olub.
.