Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-da Bakı ilə İrəvan arasında razılaşmanı Azərbaycan və Ermənistanın suveren hüququ adlandırıb.

Bu barədə Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində tələbələr qarşısında çıxışında bildirib.

"2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmaları Amerika Birləşmiş Ştatlarından yekunlaşdırmaq qərarına gəliblər. Bu, bizim qonşularımızın suveren hüquqlarıdır. Lakin baxmaq lazımdır ki, bu razılaşmalar necə işləyəcək", - Rusiya XİN başçısı qeyd edib.

.