"İnterfax”ın verdiyi məlumata görə, Rusiyanın XİN rəhbəri Suriya Milli Koalisiyasının rəhbəri Əhməd Əl-Cərba ilə görüşdə dünya ölkələrinə Suriya münaqişəsinin həlli üçün çağırış edib: "Biz bütün tərəflərlə işləmək üçün Suriya münaqişəsinin həllində Amerika və Avropa tərəfdaşları, həmçinin region ölkələrini təşviq edirik. Mən əlbəttə siyasi partiyaları nəzərdə tuturam, terrorçu qruplaşmaları deyil. Bugünkü söhbət Cenevrə prosesinin daha da irəliləməsi və yanaşmaların işıqlandırılması üçün çox faydalı olacağına inanıram.”
Öz növbəsində Suriya Milli Koalisiyasının rəhbəri Əhməd Əl-Cərba fevralın 10-na təyin edilən Cenevrə danışıqlarının ikinci mərhələsində də hökuməti ilə iştirak edəcəyini təsdiqləyib.
.