"Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi, ABŞ və Fransa ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına şərait yaradılması məqsədi ilə hər şeyi edir".
"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya münaqişə tərəfləri arasında danışıqlar prosesində tərəfləri ortaq məxrəcə gətirməyə çalışır.
.
