"Dağlıq Qarabağda müşahidə missiyasının genişləndirilməsi üzrə tərəflər arasındakı prinsipial razılaşma artıq ATƏT-ə verilib".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının plenar iclasının yekununda keçirilən mətbuat konfransında deyib.
"Dağlıq Qarabağda təmas xəttində ATƏT-in müşahidəçi missiyasının genişləndirilməsi mövzusu 2016-cı ildə həm ABŞ, Fransa nazirlərinin və bəndənizin iştirakı Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə, həm də sonradan iyunda Sankt-Peterburqda prezident Putinin iştirakı ilə müzakirə edilib", - deyə S. Lavrov bildirib.
Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Dağlıq Qarabağda müşahidə missiyasının genişləndirilməsi üzrə parametrləri razılaşdırır.
"Dağlıq Qarabağ münaqişəsində birbaşa dialoq var, lakin təəssüf ki, bu, hələlik ciddi irəliləyişlə nəticələnmir”.
Bunuda Rusiya xarici işlər naziri deyib.
Onun sözlərinə görə, bu il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin bir, xarici işlər nazirlərinin isə bir neçə dəfə görüşü keçirilib.
"Bu dialoq pozitiv haldır. Biz amerikalı və fransalı həmkarlarla birlikdə kollektiv yanaşmanın olduğu istiqamətdə işləməyə davam edəcəyik. Bu sessiyada biz bunu bir daha təsdiq etdik. Verdiyimiz bəyanatda həll üçün nəzərdə tutulan əsas prinsiplər öz əksini tapıb. Tərəflər bunu qəbul edib, lakin hələ addım atılmayıb. Bu, asan məsələ deyil, amma bu istiqamətdə işləyəcəyik”, - deyə o bildirib.
