“Dünya miqyasında istənilən problem ağırlıq dərəcəsindən asılı olmayaraq, yalnız danışıqlar və müzakirələr yolu ilə həll edilməlidir”.

Bunu Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqa XII Bakı Qlobal Forumuna həsr olunmuş mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəzərə alınarsa, narahatlıq doğuran mühüm qlobal problemlər yalnız dialoq formatında nəzərdən keçirilməlidir: “Bu gün dünya miqyasında ölkələr arasındakı gərginliklər böyük narahatlıq doğurur. Belə bir şəraitdə münaqişə tərəfləri olan ölkələrin atəşkəsə nail olması çox önəm daşıyır. Biz hesab edirik ki, dünya miqyasında istənilən problem ağırlıq dərəcəsindən asılı olmayaraq, yalnız danışıqlar və müzakirələr yolu ilə həll edilməlidir. Biz dünya miqyasında dramatik dəyişikliklərin şahidi oluruq. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi kimi mürəkkəb şəraitdə qlobal səviyyədə narahatlıq doğuran məsələlərin iştirakçı ölkələr arasında müzakirəsi çox böyük əhəmiyyət daşıyır”.

.