Latviyada sentyabrın 2-dən oktyabrın 8-dək NATO-nun iştirakı ilə "Namejs 2025" kompleks təlimləri keçiriləcək. 

Bu barədə Latviyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə 12 minə yaxın latviyalı və bir sıra NATO ölkələrindən, o cümlədən ABŞ-dən hərbçilər iştirak edir.

Latviya Müdafiə Nazirliyinin məlumatına görə, "Namejs 2025" çərçivəsində milli müdafiə və dövlət idarəetmə orqanlarının özəl sektor, müəssisələr və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqəsi təkmilləşdiriləcək.

.