“Biz sosial şəbəkələrdən istifadədə ehtiyatlı olmalıyıq. Pandemiya dövründə biz elmə, peyvəndə inamsızlığı görürük”.

Bunu bu gün Latviya Prezidenti Eqils Levits Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində videomüraciətində bildirib.

Latviya Prezidenti Azərbaycana pandemiya ilə bağlı mübarizəyə, təşəbbüslərə dəstəyinə görə təşəkkür edib: “Biz bir gün ya COVİD-19-a qalib gələcəyik, ya da onunla yaşamağı öyrənəcəyik. İqlim dəyişikliyi ilə mübarizə COVİD-19-la mübarizədən daha çətindir. Bakı Qlobal Forumu bu problemləri müzakirə etmək, mübarizə aparmaq üçün çox gözəl platformadır”.

.