ABŞ-dan fərqli olaraq, İran özünü uzunmüddətli müharibəyə hazırlayıb.

Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” hesabında bildirib.

O qeyd edib ki, bu müharibəyə İran başlamayıb və ölkənin silahlı qüvvələrimiz müdafiə olunmaqdan savayı heç bir hücum həyata keçirməyib.

Laricani əlavə edib ki, itkilərə baxmayaraq, İran özünü qüdrətlə qoruyacaq və “düşmənləri öz səhv hesablamalarına görə peşman edəcək”.

.