
Ermənilərin işğal etdiyi Laçın rayonunda Suriyadan olan 28 erməni ailəsi yerləşdirilib.
Bu barədə İrəvanda mətbuat konfransında separatçıların nümayəndəsi, Laçın üzrə məskunlaşma İdarəsinin rəhbəri Robert Matevosyan bildirib.
Onun sözlərinə görə, bu ailələr müxtəlif məntəqələrdə yerləşdirilib, yalnız üç ailə Laçında məskunlaşıb. Onların bəzisi müvəqqəti yaşayır, bəzisi isə həmişəlik qalmağı qərara alıb. ("Turan")
.