Laçının Zabux kəndinə ilk köç başlayıb.

Yenizaman xəbər verir ki, ilk mərhələdə 88 nəfərdən ibarət 20 ailə Zabuxa köçürülür.

Bakıdan Zabuxa yolasalma Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də məktəbin qarşısında həyata keçirilir.

Qeyd edək ki, ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

.