Laçına köçürülən ailələr artıq doğma yurdlarına çatıb.

Səhər saatlarında Bakı şəhərindən yola düşən 81 nəfərdən ibarət 21 ailə artıq Laçın şəhərinə çatıb.

Yeni köçrülən ailələri Laçında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri qarşılayıb.

Bununla da Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki,​ köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

.