44 günlük müharibədə Azərbaycanın müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tarixində yeni hərbi-siyasi uğura imza atdı. Belə ki, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin Ermənistanın kapitulyasiyası haqqında imzaladıqları sənədə görə, Ermənistan dekabrın 1-dək işğal altındakı Ağdamı, Kəlbəcəri və Laçını döyüşsüz təslim etdi. Ağır məğlubiyyətə uğramış işğalçı Ermənistanın kapituluasiya aktını imzalaması bu ölkənin onurğa sütununu qırdı. Razılaşmaya uyğun olaraq Ağdam və Kəlbəcərdən sonra dekabrın 1-də Azərbaycanın böyük ərazisinə və sərt relyefinə malik Laçın rayonundan Ermənistan silahlı qüvvələri, o cümlədən 27 ildir burada qeyri-qanuni məskunlaşmış ermənilər çıxarıldı. Bu gün biz 30 ilə yaxın bir dövrdə işğal altında olan torpaqlarımızın azad olunmasını və ölkəmizin ərazi bütövlüyünün bərpasını böyük qürur hissi ilə qeyd edirik. Cəmi 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində nizami ordumuz tərəfindən faşist və terrorist Ermənistanın demək olar ki, əksər cinayətkar silahlı quldur dəstələri darmadağın edildi, düşmənin texnikasına, canlı qüvvəsinə ciddi zərbə vuruldu.

Müharibədən qısa vaxt keçməsinə baxmaqyaraq həmin ərazilərdə sürətlə aparılan bərpa quruculuq işləri artıq öz töhvəsini verir. Ali Baş Komandanın işğaldan azad olunan ərazilərə səfəri dövlət başçısının işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və inkişafına nə dərəcə mühüm əhəmiyyət verdiyinə 30 il ərzində ermənilər tərəfindən darmadağın və viran edilən torpaqlarda artıq abadlıq və quruculuq işlərinə başlanılmasını göstərmək olar. Bu səfərlər zamanı cənab İlham Əliyev 30 ilə yaxın dövrün nisgilinə, acısına, torpaq həsrətinə son qoyularaq işğaldan azad edilmiş torpaqlarımızda yeni həyatın başlanmasından böyük qürur hissi ilə danışır. Ali Baş Komandan İlham Əliyevin 2021-ci ilin 14 fevral və 16 avqust tarixlərində Laçın rayonuna səfəri dövlət başçısının həmin ərazilərə olan diqqətinin bariz nümunəsidir. Burada işə salınan Güləbird Su Elektrik Stansiyası və İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolu işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa quruculuq işlərinin bariz nümunəsidir. Həyata keçirilən layihələr arasından Laçında beynəlxalq hava limanının tikilməsidə xüsusilə qeyd olunmalıdır. İnşa ediləcək beynəlxalq hava limanı Azərbaycan və eləcə də işğaldan azad olunan ərazilərimiz üçün mühüm əhəmiyyət daşıyır.

Artıq böyük qürur hiss ilə deyə bilərik ki, tarixi Zəfərimizdən keçən bir il ərzində torpaqlarımızdan Erməni vandalizminin izləri pillə-pillə silinməyə başladı. Artıq həmin ərazilərdə yeni yollar çəkilir, həmin ərazilərin fasiləsiz elektrik

enerjisi ilə təminatı həyata keçirilir, şəhərlərin, kəndlərin baş planları, layihələri hazırlanır, yaşayış binalarının təməlləri qoyulur. Bir sözlə həmin ərazilərimizə yeni nəfəs gəlir. Bu rayon təbii sərvətləri ilə zəngindir və işğaldan azad edildikdən sonra kənd təsərrüfatına yararlı torpaqları ilə ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə xeyir verəcəkdir.44 günlük Vətən Müharibəsi regionda yeni reallıqlar ortaya qoydu, Azərbaycanın yenilməz, xalqımızın isə qürurlu və cəsarətli olduğunu bütün dünyaya göstərdi.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon
təşkilatı Aparatının məsləhətçisi Məmləkət Qaraçobanova

.