31 ildən sonra Laçın şəhərinə qayıdan sakinlərin yeni şəraitə adaptasiyasına kömək edə biləcək təlimlər təşkil olunub.

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi "Azad Laçında yeni həyata dəstək" layihəsi çərçivəsində Laçına səfər təşkil edib.

Layihənin məqsədi doğma yurduna geri dönən insanların yeni şəraitə adaptasiyasına kömək göstərmək və onların yeni bilik və bacarıqlar qazanmasına dəstək verməkdir. Bunun üçün iki gün ərzində bir sıra tədbir və təlimlər keçirilib.

Təlimin ilk günü Laçının 2 saylı tam orta məktəbində baş tutub.

Birlik rəhbəri Sevinc Fədai azad edilmiş torpaqlarda, eləcə də Laçında həmvətənlərimiz üçün çalışmağın böyük fəxr olduğunu söyləyib, bunun böyük önəm daşıdığını ifadə edib, layihənin məramı barədə məlumat verib.

.