Müstəqillik Günündə Gənclər və İdman Nazirliyi Laçın şəhərində "Sağlam həyat" günlərinə start verib.

Nazirlikdən verilən məlumata görə, Laçın bulvarında təşkil edilən tədbirə müxtəlif yaş qruplarından olan iştirakçılar qoşularaq qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "press") normativlərini yerinə yetirirlər.

Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunur.

Qeyd edək ki, "Sağlam həyat" günləri layihəsi ilk dəfədir ki, işğaldan azad edilmiş və əhalinin məskunlaşdığı bölgələrdə təşkil olunur.

.