Şimali Koreya lideri Kim Çen Inla ABŞ prezidenti Donald Tramp arasındakı görüşü Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) təşkil edəcək.

Dünya mətbuatının verdiyi məlumata görə, bu addım Trampın yenicə dövlət katibi təyin etdiyi MKİ-nin keçmiş rəhbəri Mayk Pompeonun artan siyasi təsirindən xəbər verir. Pompeo MKİ və Şimali Koreya kəşfiyyatı vasitəsilə KXDR nümayəndələri ilə əlaqə qurub.

Qeyd edək ki, bir müddət əvvəl Tramp, Kim Çen Inla görüşməyə razılıq verib. Görüşün may ayında baş tutması gözlənilir.

.