Kürdəmirin icra başçısı Ceyhun Cəfərova qarşı irəli sürülən ittihamlar Elektron Məhkəmə Sistemində göstərilib.

Ceyhun Cəfərov Fərrux oğlu Cinayət Məcəlləsinin Dövlət Hakimiyyəti, Dövlət Qulluğu Mənafeyi və Yerli Özünüidarə Orqanlarinda, Habelə Digər Kommersiya Və Qeyri-Kommersiya Təşkilatlarinda Qulluq Mənafeyi Əleyhinə Olan Cinayətlər (308-314) - 311.3.3; 308.2; 311.3.2; 311.3.1; maddələri ilə təqsirli bilinir.

C.Cəfərov bu gün məhkəmə qarşısına çıxarılacaq. Binəqədi rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi C.Cəfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılacaq.

.