Fərdi yaşayış evindən külli miqdarda aksiz markası ilə markalanmamış tütün məmulatları aşkar edilib.

Bu barədə Yenizaman Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Məlumata görə, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi və ərazi əməliyyat struktur bölmələrinin əməkdaşları tərəfindən Mingəçevir şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus "Mercedes-Benz" markalı nəqliyyat vasitəsindən və istifadəsində olan fərdi yaşayış evindən külli miqdarda, ümumi sayı 120000 ədəd Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış tütün məmulatları aşkar edilib.

.