
Yenizaman.az "Posta”ya istinadən xəbər verir ki, buna səbəb sənətçinin hərbi xidmətdən yayınmaq üçün özünə saxta sənəd hazırlatmasıdır.
İstanbul Cümhuriyyət Məhkəməsi tərəfindən saxta sənəd hazırlayan dəstənin zərərsizləşdirilməsi istiqamətində aparılan işlər maraqlı nəticələr ortaya çıxarıb. Məhkəmə tərəfindən hazırlanan 55 səhifəlik iddianamədə məşhurların psixoloqu kimi tanınan Haşmet İşıqlının adı dəstə başçısı kimi qeyd olunub.
Eyni zamanda Kutsinin adı da şübhəlilər siyahısında yer alıb. Onun dəstə ilə əlaqə quraraq hərbi xidmətdən yayınmaq üçün 3 dəfə saxta sənəd hazırlatdığı qeyd olunur. Müğənninin aldığı sənədlərdə əsgərliyə yararsız olmasının səbəbi kimi isə "depressiv əsəb pozğunluğu” göstərilib. Kutsiyə həmin saxta sənədləri 2006, 2007 və 2009-cu illərdə şübhəli Haşmet İşıqlının özü verib.
Sənətçi ilə psixoloqun telefon danışığı qeydləri də iddianamədə yer alıb. Şübhəlilər qarşıdakı günlərdə Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxacaqlar.
Məhkəmədən Kutsinin rüşvət və rəsmi sənədlərdə 3 dəfə saxtakarlıq etmə əməlinə görə 18 ildən 51 ilədək həbsi tələb olunub.
.