Mingəçevir şəhərinin ərazisində Kür çayında ada yaradılacaq.
Bu barədə AzərTAc-a məlumat verən "Baku travel & tourism” şirkətinin icraçı direktoru Aziz Şiriyev bildirib ki, 2015-ci ildə istifadəyə veriləcək ada Mingəçevirdəki "River Side” otelinin ərazisinə daxil edilib.
Oteldən adaya qədər olan məsafə 4 kilometr, ərazisi isə 3 hektardır. Hazırda adada təmizlik işləri aparılır. Adada əsasən paintball yarışları keçiriləcək. Adanın ərazisində isə balıqçılıq və ovçuluq üçün əlverişli şərait var.
A.Şiriyev qeyd edib ki, turizm obyektlərinin əsasən Kür çayının sahilində yerləşməsi və idman yarışlarının burada keçirilməsi hər il əraziyə minlərlə turist axınına səbəb olur.
.