Türkiyənin Adana şəhərində ABŞ Baş Konsulluğunun iftar süfrəsi açmasına icazə verməyiblər.
Virtualaz.org saytı xəbər verir ki, dünən ABŞ-ın Adana Baş Konsulluğu tərəfindən Diyarbəkirin Dağqapı meydanında- kürdlərin yaşadığı bölgədə vətəndaşlara bələdiyyə çadırında iftar verilməsi üçün hazırlıqlar görülüb. Lakin iftar yeməyi bir qrup şəxs tərəfindən etirazla qarşılanıb.
Narazı qrup iftar çadırlarına hücum edərək təkbir gətirib və hər yeri dağıdıblar. Etirazçı qrup çadırları dağıdıb, bütün əşyaları sındırıb. Çadırlara hücum edən qrupa mane olmaq istəyənlərlə etirazçılar arasında kütləvi dava da düşüb. Dava zamanı 7 nəfər yaralanıb.
.