"İslam Dövlət”inə (İŞİD) qarşı döyüşən qadın peşmərgələrin komandiri öz döyüşçülərinə qeyri-adi əmr verib.
Virtualaz.org saytı xəbər verir ki, kürd KİV-lərinə danışan polkovnik Nahidə Raşid İŞİD üzvləri tərəfindən onlara mesaj göndərildiyini deyib.
"İŞİD əsir düşən üzvlərimizin öz mücahidləri ilə evləndiriləcəyini deyib. Biz də döyüşçülərimizə təlimat vermişik ki, əsir düşəcəkləri halda özlərini öldürmək üçün bir mərmi saxlasınlar”- deyə peşmərgə komandiri deyib.
N.Raşid ötən həftə üzvlərindən birinin İŞİD-ə əsir düşməmək üçün özünü öldürdüyünü də açıqlayıb.
.