Ukrayna xarici işlər naziri Dmitri Kuleba və ABŞ dövlət katibi Entoni Blinken telefonla Ukraynaya silah tədarükü və maliyyə dəstəyini müzakirə ediblər.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Telegram kanalında məlumat verilib.

Məlumatda qeyd olunub ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb:

“Tərəflər Rusiyaya qarşı əlavə sanksiyaları, Ukraynaya silah tədarükü və maliyyə dəstəyini müzakirə ediblər. Dmitri Kuleba həmçinin ABŞ-ı Ukrayna ixracatının maksimum liberallaşdırılmasını təmin etməyə çağırıb”.

.