Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Almaniyanı Rusiya neft-qazından imtina etmək baxımından ən problemli ölkə sayır.

Bu barədə Kuleba keçirdiyi onlayn brifinqdə bildirib.

“ABŞ, Böyük Britaniya və Kanada Rusiya neft-qazından artıq imtina edir. Biz Avropa İttifaqı ölkələri ilə də Rusiyanın enerji daşıyıcılarından imtina etməsi üçün çalışırıq. Burada ən böyük problem Almaniya ilə bağlıdır. Rusiya neft-qazından imtina Almaniya üçün fövqəlçətin qərardır. Amma biz onlarla iş aparırıq və inanırıq ki, sonda səsimiz eşidiləcək”, - Kuleba deyib.

.