“Əslində Vilnüsdə keçirilən NATO sammitində Ukraynanın Alyansa üzvlük məsələsi həll olundu”.

Yenizaman “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitro Kuleba telemarafonun efirində deyib.

Onun sözlərinə görə, sammitdə rəsmi Kiyevin NATO-ya rəsmi şəkildə dəvət olunmaması başadüşüləndir:

“Sadəcə olaraq tərəfdaşlarımız sürətin çox olacağından qorxurlar. Bildiyiniz kimi, avtomobili sürətlə idarə edəndə qəza törədə bilərsən”.

D. Kulebanın sözlərinə görə, Ukraynanın sammitdə iştirakı ilə psixoloji baryeri dəf etdi: “Aydındır ki, biz NATO-nun üzvü olacağıq. Tərəfdaşlarımız da bu fikirdədirlər”.

Qeyd edək ki, sammit iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçirilib. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl sammitin nəticəsinin yaxşı olduğunu demişdi. Onun sözlərinə görə, Ukrayna Alyansa dəvət olunsa idi, nəticə ideal olardı.

.