Rusiyanın xarici işlər naziri Sergey Lavrov təxliyə məsələsində öhdəlik götürmədi.
Bunu üçtərəfli görüşdən sonra Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
O, görüşdə 24 saatlıq atəşkəs məsələsinin müzakirə olunduğunu vurğulayıb.
Danışıqların ağır keçdiyini qeyd edən XİN başçısının sözlərinə görə, atəşkəslə bağlı razılıq əldə olunmayıb.
Nazir Kuleba bu formatda danışıqların davam etdirilməsinin vacibliyinə də toxunub.
Kuleba: “Rusiya atəşkəs istəmir, Ukrayna təslim olmayacaq”
"Müharibəni dayandırmalıyıq".
Bunu üçtərəfli görüşdən sonra Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
“Bizə hücum edən ölkə və dövlət bunu istəmirsə, müharibəni dayandırmayacağıq.
Mənim təəssüratım odur ki, Rusiya atəşkəs istəmir. Onlar Ukraynanın təslim olmağını istəyirlər. Ukrayna güclüdür, biz onların planlarını alt-üst etdik. Biz balanslı şəkildə diplomatik həllə hazırıq, amma təslim olmayacağıq”, - Kuleba qeyd edib.
Ukrayna XİN rəhbəri: "Lavrov sadəcə qulaq asmaq üçün gəlmişdi"
“Mən xarici işlər naziri olaraq, qərar qəbuletmə səlahiyyəti olan biri kimi bura həll yolu tapmaq üçün gəlmişdim”.
Bunu üçtərəfli görüşdən sonra Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
.
