Azərbaycan kubokunun təqvimində dəyişiklik ediləcək.

Buna səbəb Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla 11 aprel tarixində növbədənkənar prezident seçkilərinin elan edilməsidir.

Belə ki, Peşəkar Futbol Liqası Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarını 11 aprel tarixinə planlaşdırıb. Ancaq həmin gün prezident seçkiləri keçiriləcəyindən PFL təqvimdə dəyişiklik etmək məcburiyyətində qalıb.

PFL-in mətbuat xidməti Elgiz Abbasın Publika.az-a verdiyi məlumata görə, PFL artıq bu məsələdən xəbərdardır. Dəyişikliklə bağlı ilkin müzakirələr aparılıb. 

Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinal mərhələsində "Qəbələ” "Neftçi” ilə, "Keşlə” isə "Sumqayıt”la qarşılaşacaq.

.