Rusiya hərbi dəstək üçün müraciət edərsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı nizamnaməsinə uyğun olaraq üzərinə düşən prosedurları yerinə yetirəcək.

Yenizaman-ın “news.ru”ya istinadən xəbərinə görə, bu barədə sözü gedən qurumun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Ukraynadakı müharibənin KTMT-nin məsuliyyət zonasına keçidi eskalasiyanın yeni mərhələsidir.

Təşkilatin mətbuat xidmətindən həmçinin Rusiya tərəfi ilə mütəmadi olaraq məlumat mübadiləsi həyata keçirildiyi də açıqlanıb.

Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın NATO-nun mənzil-qərargahındakı keçmiş baş nümayəndəsi, Dövlət Dumasının deputatı Viktor Zavarzin hələlik Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kurskdakı hərbi əməliyyatlarda iştirakına zərurət olmadığını bəyan edib.

.