Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin liderləri avqustun 23-də Əfqanıstandakı vəziyyətlə bağlı videokonfrans keçirəcəklər.

Kremlin mətbuat xidməti verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşündə bildirib.

“Əlbəttə ki, xüsusən indi ən aktual məsələlərdən biri Əfqanıstanda inkişaf edən hadisələrlə əlaqədar təhlükəsizlik məsələsidir. Biz videokonfrans rejimində KTMT çərçivəsində toplaşacağıq, sadəcə mövqelərimizi dəqiqləşdirəcəyik”, - deyə V. Putin vurğulayıb.
 

.