KTMT-nin Böhran Vəziyyətlərinə Nəzarət Mərkəzi gecə-gündüz iş rejiminə keçirilib, Təşkilatın Birgə Qərargahının əməliyyat qrupu Qazaxıstana ezam olunub.

Bu barədə KTMT-nin Birgə Qərargahında jurnalistlərə məlumat verilib.

Məlumatda qeyd edilir ki, qrupa KTMT-nin Birləşmiş Qərargah rəisinin müavini rəhbərlik edir.

Qərargahdan bildiriblər ki, KTMT-nin Böhran Vəziyyətlərinə Cavab Mərkəzinin gecə-gündüz işi qurulub, təşkilata üzv ölkələrin müdafiə idarələri ilə videokonfrans əlaqəsi yaradılıb.

.