“Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin bütün kontingenti yanvarın 19-dək Qazaxıstandan çıxarılmalıdır”.

Bunu KTMT-nin baş katibi Stanislav Zas “Belarus-1” telekanalının efirində bildirib.

O, əlavə edib ki, Qazaxıstanda hazırda vəziyyətin normala qayıtdığını söyləmək, yəqin ki, tam doğru olmaz: "Qazaxıstanın bütün bölgələrində fövqəladə vəziyyət hələ də aradan qaldırılmayıb. Ancaq vəziyyət yaxşılaşır, dönüş nöqtəsi artıq gəlib və deyə bilərik ki, ölkə normal həyata qayıdır”.

KTMT-nin baş katibi əlavə edib ki, Qazaxıstanın hüquq-mühafizə, habelə xüsusi xidmət orqanlarının qarşıda hələ çox işi var: “Prinsipcə, son günlər olduğu kimi artıq atışma və misli görünməmiş hadisələr yoxdur”.

.