KTMT Ermənistan-Azərbaycan sərhədində münaqişə potensialını yüksək hesab edir.
Bunu KTMT-nin Birləşmiş Qərargah rəisi general-polkovnik Andrey Serdyukov bildirib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan normallaşması üçün sülh müqaviləsi lazımdır.
Qərargah rəisi qeyd edib ki, Qərb Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Bakı və İrəvan arasında münaqişədən sonrakı nizamlanmaya təsir göstərməyə çalışır.
.