Bu ilin ilk beş ayı ərzində zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 526 nəfər qəbul edilib.

Bu barədə  KTM-in Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.

Onun sözlərinə görə, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib.

Həkimlərin səylərinə baxmayaraq onlardan 21 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

.