Səudiyyə Ərəbistanı Pro Liqasında XXXIV turun oyunları çərçivəsində “Əl-İttihad”la matçda (4:2) dubl edən “Əl-Nasr” klubunun üzvü Kriştianu Ronaldu yeni rekorda imza atıb.

Yenizaman xəbər verir ki, 35 yaşlı futbolçu 4 fərqli ölkə çempionatında ən çox qol vuran futbolçu kimi tarixə düşüb.

35 qolla Səudiyyə Ərəbistanı çempionatının bombardiri olan K.Ronaldu, daha əvvəl üç dəfə İspaniya La Liqası, İtaliya A Seriyası və İngiltərə Premyer Liqasında da ən çox qol vuran futbolçuarın siyahısına başçılıq edib.

.